Yuxarı Daşarx kəndi, Şərur rayonu, Naxçıvan MR

DAŞARX BƏLƏDİYYƏSİ

Birlikdə daha gözəl gələcəyə!

Daşarx bələdiyyəsi – sizin xidmətinizdə.

DAHA ƏTRAFLI

DAŞARX BƏLƏDİYYƏSİ HAQQINDA

Daşarx Bələdiyyəsi

Daşarx bələdiyyəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda fəaliyyət göstərən yerli özünüidarəetmə orqanıdır.

Bələdiyyənin inzibati ərazisinə Yuxarı Daşarx, Aşağı Daşarx, Dərəkənd, Oğuzkənd, Yeni Havuş və Xətai kəndləri daxildir.

Bələdiyyə yerli əhəmiyyətli məsələlərin həlli, bələdiyyə mülkiyyətinin idarə olunması, ərazinin sosial-iqtisadi inkişafı, abadlıq və infrastruktur işlərinin təşkili istiqamətində fəaliyyət göstərir.

6 Kənd
11 Üzv
2025 İl

TARİXİ

Yaranma tarixi

Rəsmi qanuna əsasən, Daşarx bələdiyyəsi 2025-ci ildə bələdiyyələrin birləşdirilməsi nəticəsində yaradılmışdır. Bu birləşmə bölgənin inkişafı üçün yeni imkanlar yaradır.

Birləşən bələdiyyələr

O, 4 əvvəlki bələdiyyənin birləşməsi əsasında formalaşıb:

  • Aşağı Daşarx bələdiyyəsi
  • Yuxarı Daşarx bələdiyyəsi
  • Dərəkənd bələdiyyəsi
  • Yeni Havuş bələdiyyəsi

Qanun əsasları

Bu dəyişiklik "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 25 noyabr 2024-cü il tarixli Qanuna əsasən həyata keçirilmişdir. Yeni bələdiyyələr 2025-ci il bələdiyyə seçkilərindən sonra fəaliyyətə başlamışdır.

İnzibati ərazi

Yeni yaradılan Daşarx bələdiyyəsinin inzibati ərazisinə aşağıdakı kəndlər daxildir:

  • Aşağı Daşarx
  • Yuxarı Daşarx
  • Dərəkənd
  • Yeni Havuş
  • Xətai
  • Oğuzkənd

İDARƏETMƏ

Qanunvericilik bazası

Daşarx bələdiyyəsi seçkili bələdiyyə üzvlərindən ibarətdir və fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrin statusu haqqında" Qanuna və digər normativ-hüquqi aktlara uyğun həyata keçirir.

Gülçin Kamal qızı Cəlalova
Bələdiyyə Sədr
Hazırkı sədr
11 Üzv sayı
6 Kənd

Bələdiyyə şurası seçkilə yuxarıda göstərilən 11 üzvdən ibarətdir və dövlət qurumları ilə əlaqəli yerli özünüidarəetmə orqanları olaraq fəaliyyət göstərir.

COĞRAFİ MÖVQEYİ

Daşarx Coğrafiyası - Şərur ərazisi
Şərur rayonu, Naxçıvan MR

Daşarx bələdiyyəsi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Bələdiyyənin inzibati ərazisinə Aşağı Daşarx, Yuxarı Daşarx, Dərəkənd, Yeni Havuş, Xətai və Oğuzkənd kəndləri daxildir.

Arpaçay çayı

Ərazi Arpaçay çayına yaxın yerləşir və əsasən düzənlik relyefə malikdir.

Böyük İpək Yolu

Bələdiyyənin ərazisi tarixən Böyük İpək Yolunun Naxçıvandan keçən marşrutuna yaxın yerləşmiş, bu isə bölgənin ticarət və nəqliyyat baxımından əhəmiyyətini artırmışdır.

Naxçıvan–Sədərək magistral

Hazırda da Naxçıvan–Sədərək magistral avtomobil yolu bələdiyyə ərazisinin yaxınlığından keçərək regionun əsas nəqliyyat əlaqələrindən birini təşkil edir.

İQTİSADİYYATI

Daşarx İqtisadiyyatı

Daşarx bələdiyyəsinin iqtisadiyyatı əsasən kənd təsərrüfatı, ticarət və xidmət sahələrinə əsaslanır.

Kənd təsərrüfatı

Əkin məhsulları, əkinçilik və heyvandarlıq sahələri əsas təsərrüfat fəaliyyətidir.

Ticarət obyektləri

Bələdiyyə ərazisində əhaliyə xidmət göstərən ticarət obyektləri fəaliyyət göstərir.

Çay evləri və ictimai iaşə

Yerli əhalinin və qonaqların istirahət etdiyi çay evləri və yeməyin yerləri.

Yanacaqdoldurma məntəqələri

Ərazidən keçən nəqliyyat vasitələrinin xidmət tələbatının ödənilməsi.

GÖRMƏLİ YERLƏR

Bayraq Meydanı
BAYRAQ MEYDANI

Bayraq Meydanı

Yuxarı Daşarx kəndi

Daşarx bələdiyyəsinin ərazisində yerləşən Yuxarı Daşarx kəndində Bayraq Meydanı mövcuddur. Meydan kəndin ictimai və mədəni həyatında mühüm əhəmiyyət daşıyır.

Dövlət bayramları, anım günləri və digər rəsmi tədbirlərin keçirildiyi əsas məkanlardan biridir. Bayraq Meydanı Azərbaycan dövlətçiliyinin və milli dəyərlərinin təbliği baxımından kəndin simvolik məkanlarından hesab olunur.

Bayram tədbirləri İctimai məkan Simvolik yer

FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Bələdiyyənin əsas fəaliyyət sahələri

Əmlak və Torpaq İdarəsi

Bələdiyyə torpaqlarının və əmlakının idarə olunması, qeydiyyatı və istifadəsinin təmin edilməsi.

Vergi və Ödənişlər

Yerli vergi və ödənişlərin toplanması, büdcə əsaslarının formalaşdırılması və sərmayə.

Abadlıq və Yaşıllaşdırma

Abadlıq, təmizlik, yaşıllaşdırma və ərazinin gözəlləşdirilməsi işlərinin təşkili.

Sosial və İnfrastruktur

Sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, yollar və kommunal əlaqələr.

Vətəndaş Müraciətləri

Vətəndaş müraciətlərinə baxılması, təklif və şikayətlərin vaxtında həlli.

Yerli Məsələlərin Həlli

Yerli əhəmiyyətli məsələlərin həlli və əhali ilə əməkdaşlığın təmin edilməsi.

ƏLAQƏ

Bizimlə əlaqə saxlayın və ya xəritədə yerləşdimizi görün

Ünvan

Yuxarı Daşarx kəndi, Şərur rayonu,
Naxçıvan Muxtar Respublikası, Azərbaycan

İş vaxtı

Bazar ertəsi - Cümə: 09:00 - 18:00

Xəritədə Görün